Entoni Blinken və İordaniyanın kralı girovların azad edilməsi məsələsini, müharibənin genişlənməsinin qarşısını almağın yollarını və Qəzzada mövcud vəziyyəti müzakirə ediblər
Entoni Blinken və İordaniyanın kralı girovların azad edilməsi məsələsini, müharibənin genişlənməsinin qarşısını almağın yollarını və Qəzzada mövcud vəziyyəti müzakirə ediblər

 
ABŞ dövlət katibi Entoni Blinken və İordaniyanın kralı ikinci Abdullah görüşdə Qəzzada girovların azad edilməsinə cəhd məsələsini, müharibənin genişlənməsinin qarşısını almağın yollarını və Qəzza sektorundakı mövcud vəziyyəti müzakirə ediblər.

Məlumatı Dövlət Departamenti yayır.

“Blinken “HƏMAS”ın Fələstin xalqının ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu qorumadığını xüsusilə qeyd edib. Görüşdə İsrailin terrordan qorunmaq üçün qanuni təhlükəsizlik əməliyyatları apardığı bir vaxtda Qəzzada mülki əhalinin humanitar ehtiyaclarının qarşılanması yollarını müzakirə ediblər”- deyə məlumatda deyilir.

Dövlət katibi həmçinin ABŞ-ın İordaniyanın təhlükəsizliyi və iqtisadi rifahına sadiqliyini bir daha təsdiqləyib. İordaniyanın Yerusəlim və regionda sabitlik üçün xüsusi roluna görə təşəkkürünü bildirib.