Entoni Blinken Türkiyə Xarici İşlər naziri ilə görüşdü
ABŞ dövlət katibi, Entoni Blinken Türkiyə Xarici İşlər naziri, Hakan Fidan ilə görüşdü.
Məlumatı Blinken “tvitter” səhifəsində yayır.
Görüş Londonda Ukrayna bərpası formatı çərçivəsində baş tutdu.
“Londonda Ukraynanın Bərpası Konfransında olarkən Türkiyənin Xarici İşlər Naziri ilə konstruktiv görüş keçirdim. Türkiyə NATO üçün müttəfiq və ikitərəfli partnyordur. Biz İsveçin alyansa qoşulmasının vacibliyini indi müzakirə etdik”, – Blinken yazır.