Entoni Blinken – infrastruktura hücumlar mülki insanları soyuqda və qaranlıqda qoymağa yönəlib, bu dəhşətli taktikalar Ukraynanın və onun partnyorlarının möhkmliyini qırmayacaq
ABŞ dövlət katibi, Entoni Blinken Rusiyanın Ukraynaya irimiqyaslı raket hücumlarını pisləyib. Bu barədə Blinken “tvitter” sosial şəbəkəsində yazır.
ABŞ dövlət katibinin qeyd etdiyi kimi, Rusiyanın taktikaları Ukraynanın və onun partnyorlarının möhkəmliyini qırmayacaq.
“Rusiya yenidən onlara raket zərbələri endirdiyi zaman, bütün Ukraynada milyonlarla insan sığınacaqlara sığındı. İnfrastruktura dayanmadan hücumlar mülki insanları soyuqda və qaranlıqda qoymağa yönəlib. Bu dəhşətli taktikalar Ukraynanın və onun partnyorlarının möhkmliyini qırmayacaq”, – Blinken yazır.