Entoni Blinken - Gürcüstanda demokratik proseslərə xələl gətirənlər məsuliyyətə cəlb edilməlidir, Amerika Birləşmiş Ştatları əlavə sanksiyalar da daxil olmaqla, bizim ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır
Entoni Blinken - Gürcüstanda demokratik proseslərə xələl gətirənlər məsuliyyətə cəlb edilməlidir, Amerika Birləşmiş Ştatları əlavə sanksiyalar da daxil olmaqla, bizim ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır

 
Amerika Birləşmiş Ştatları Gürcüstana qarşı əlavə sanksiyalar da daxil olmaqla, ixtiyarında olan vasitələrdən istifadə etməyə hazırlaşır – bu haqda ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Entoni Blinken bildirir : “Gürcü Arzusu”nun Gürcüstan vətəndaşlarına, etirazçılara, media mənsublarına və müxalifətin nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını kəskin şəkildə pisləyir”.

“Amerika Birləşmiş Ştatları 32 ildən artıqdır ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır. Bizim tərəfdaşlığımız azadlıq və demokratiyaya ümumi sevgimizə və Gürcüstanı Avro-Atlantik ailədə görmək istəyimizə əsaslanır. Gürcüstan hökumətləri və gürcü xalqı ilə birlikdə iqtisadiyyatın inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi, müdafiə imkanlarının artırılması, səhiyyə və kənd təsərrüfatı sektorlarının genişləndirilməsi üzərində çalışırdıq. Amerika Birləşmiş Ştatları Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün güclü tərəfdarı olub və bizim cəsur Gürcüstan xalqına və onların Avro-Atlantik istəklərinə sadiqliyimiz dəmir kimi möhkəmdir.

Amerika Birləşmiş Ştatları “Gürcü Arzusu”nun Gürcüstan vətəndaşlarına, etirazçılara, media mənsublarına və müxalifətin nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını kəskin şəkildə pisləyir. Biz “Gürcü Arzusu”nu repressiv taktikasına, o cümlədən tənqidçiləri susdurmaq cəhdi üçün özbaşına həbs və fiziki zorakılığa son qoymağa çağırırıq. Hüquq-mühafizə orqanları tərəfindən insanlara vurulan ciddi xəsarətlər haqda məlumatlar bizi xüsusilə narahat edir. Dinc toplaşmaq və ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə saxlanılmış şəxslər dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan vəzifəli şəxslər isə tam məsuliyyətə cəlb edilməlidir.

Amerika Birləşmiş Ştatları gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəy olduğunu bildirir. Gürcüstanda demokratik proseslərə və ya təsisatlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüququnu boğanlar məsuliyyətə cəlb edilməlidir. İkitərəfli əməkdaşlığın daha əvvəl elan edilmiş hərtərəfli nəzərdən keçirilməsinin davam etməsi ilə yanaşı, Amerika Birləşmiş Ştatları əlavə sanksiyalar da daxil olmaqla, bizim ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır” – Entoni Blinkenin bəyanatında deyilir.