Entoni Blinken – Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq arzusunda olsalar və tələblərə cavab versələr, bu, məsələni həll yoluna yaxınlaşdıracaq

23:38, 12.12.2021

Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq arzusunda olsalar və tələblərə cavab versələr, bu, məsələni həll yoluna yaxınlaşdıracaq, – bu barədə ABŞ dövlət katibi, Entoni Blinken “NBC” ilə müsahibəsində bəyan etdi.

ABŞ dövlət katibinin dediyinə görə, Şimali Atlantik Aliyans 2008-ci ildə təsdiq etdi ki, onun qapısı Gürcüstan və Ukrayna üçün açıqdır.

“Şimali Atlantik Aliyans 2008-ci ildə təsdiq etdi ki, onun qapısı Gürcüstan və Ukrayna üçün açıqdır. Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq arzusunda olsalar və tələblərə cavab versələr, bu, məsələni həll yoluna yaxınlaşdıracaq. NATO yaranması günündən açıqca göstərdi ki, onun qapısı üzvlüyə cəhd edən və meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıq olacaq”, – Blinken qeyd etdi.

ABŞ dövlət katibi onu da qeyd etdi ki, Rusiya ilə münasibətlərdə beynəlxalq qaydalar kimi mühüm məsələlər risk altındadır, hamsılara da əsasən, heç bir ölkənin başqa ölkənin sərhədlərini gücdən istifadə edərək dəyişməyə haqqı yoxdur və heç bir ölkə başqa ölkəyə xarici siyasətini dəyişməyə əmr verə bilməz.

Blinkenin bəyanatına görə, heç bir ölkə başqa ölkələrin hesabına təsir dairələri yaratmamalıdır.

Oxşar