Entoni Blinken - qərbin sanksiyaları deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyada aclıq həddində olan insanların sayını 40-50 milyon artıracaq
Qərbin sanksiyaları deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyada aclıq həddində olan insanların sayını 40-50 milyon artıracaq, – “Reuters” agentliyinin məlumatına görə, bu barədə ABŞ dövlət katibi, Entoni Blinken Berlində bəyan etdi.
“Rusiyanın Ukraynanı blokadaya salmasından və bir çox hallarda siyasi səbəblərdən, Kremlin öz taxılını ixrac etməkdən imtina etməsindən başqa səbəb mövcud deyil”, – Blinken Almaniyanın Xarici İşlər naziri Analena Berbok ilə birgə mətbuat konfransında bəyan etdi.
Öz müqabilində, Almaniyanın Xarici İşlər naziri Analena Berbok bəyan etdi ki, beynəlxalq partnyorlar Rusiyanın kinli və potensial olaraq sabitliyi pozan “taxıl müharibəsinə” və bununla bağlı təbliğatına qarşı birgə işləyirlər.