Entoni Blinken Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Tbilisidə görüşünü müsbət addım kimi qiymətləndirir
ABŞ dövlət katibi, Entoni Blinken dünən Tbilisidə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında keçirilən görüşə əks səda verir və bunu müsbət addım kimi qiymətləndirir. Bu barədə Entoni Blinken “tvitter” sosial şəbəkəsində yazır.
“Azərbaycanın Xarici İşlər naziri, Ceyhun Bairmov və Ermənistanın Xarici İşlər naziri, Ararat Mirzoyan Tbilisidə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – dövlət katibi, Entoni Blinken “tvitter” sosial şəbəkəsində yazır.