Entoni Blinken Cənubi Koreyaya gedib
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Cənubi Koreyaya gedib. Səfər çərçivəsində Blinken Cənubi Koreya prezidentinin səlahiyyətlərinin icraçısı Çoi Sanq-Mok ilə görüşüb.
Blinken bildirib ki, Vaşinqton prezident səlahiyyətlərinin icraçısı Çoi Sanq-Mokun rəhbərliyinə tam etibar edir.
Bununla yanaşı, Blinken görüşdə Vaşinqtonun Cənubi Koreyaya “sarsılmaz sadiqliyini” qeyd edib.
Çoi Sanq-Mok ilə görüşdən sonra Entoni Blinken Cənubi Koreyanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Ço-Tae-İul ilə birgə brifinq keçirib.