Entoni Blinken Barak Obama administrasiyasının da İrana hərbi hücumu nəzərdən keçirdiyini, lakin o vaxt bunun ən yaxşı variant hesab edilmədiyini bildirir
Entoni Blinken Barak Obama administrasiyasının da İrana hərbi hücumu nəzərdən keçirdiyini, lakin o vaxt bunun ən yaxşı variant hesab edilmədiyini bildirir

 

ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken Barak Obama administrasiyasının da İrana hərbi hücumu nəzərdən keçirdiyini bildirib. Entoni Blinken bu haqda Almaniyanın sabiq kansleri Olaf Şoltsun da qatıldığı Leo Bek Universitetində keçirilən tədbirdə deyib.

Blinken İrana qarşı hərbi hücumun ən yaxşı variant olmadığını bildirib.

“Obama administrasiyasına qayıtsaq, hərbi variantı çox diqqətlə nəzərdən keçirdik, lakin indi şahidi olduğumuz səbəblərə görə bunun heç də ən yaxşı variant olmadığı qənaətinə gəldik” – Blinken bildirib.

Məlumat üçün bildirək ki, Entoni Blinken Co Baydenin prezidentliyi dövründə ABŞ-nin dövlət katibi vəzifəsini tuturdu.