Entoni Blinken - ABŞ hökuməti dəyərləndirməsinə görə, Rusiya silahlı qüvələri Ukraynada hərbi cinayətlər törətdilər
Entoni Blinken - ABŞ hökuməti dəyərləndirməsinə görə, Rusiya silahlı qüvələri Ukraynada hərbi cinayətlər törətdilər

Bu gün bəyan edə bilərəm ki, mövcud məlumat əsasında ABŞ hökuməti dəyərləndirməsinə görə, Rusiya silahlı qüvələri Ukraynada hərbi cinayətlər törətdilər, – bu barədə ABŞ dövlət katibi, Entoni Blinkenin bəyanatında deyilir.

Entoni Blinkenin bəyan etdiyinə görə, qəsdən mülki insanları hədəfə almaq hərbi cinayətdir.

“Mən xüsusilə qeyd etdim ki, Dövlət Departamenti və ABŞ hökumətinin ekspertləri Ukraynada potensial hərbi cinayətlərin sənədləşdirməsini və dəyərləndirməsini həyata keçirirlər”, – Entoni Blinken bəyan edir.

Onun sözlərinə görə, ABŞ hökumətinin qiymətləndirilməsi ictimai və kəşfiyyat mənbələrindən alınan məlumatların diqqətlə nəzərdən keçirilməsinə əsaslanır.

“ABŞ hökuməti hərbi cinayətləri ilə bağlı hesabatları izləməyə davam edəcək və lazım gələrsə, topladığımız məlumatları müttəfiqlər, partnyorlar və beynəlxalq institutlar və təşkilatlarla paylaşacağıq”, – dövlət katibinin bəyanatında deyilir.