Entoni Blinken 19 fevralda Türkiyəyə gələcək

10:21, 16.02.2023

ABŞ dövlət katibi, Entoni Blinken 19 fevralda Türkiyəyə səfər edəcək.

Dövlət Departamentinin veb-saytında qeyd edildiyi kimi, Blinken ilk olaraq İncirlik aviabazasına baş çəkəcək, burada Türkiyə üçün edilmiş Amerika yardımın nəticələrinə baxacaq. Sonra isə, Ankaraya yola düşəcək, burada həmkarı Mövlud Çavuşoğlu və başqa yüksək vəzifəlilərlə görüşəcək.

Diplomatlar təbii fəlakətdən zərər çəkmiş ölkəyə sonrakı yardımın göstərilməsini və iki ölkə arasında partnyorluğun gücləndirilməsini müzakirə edəcəklər.

Oxşar