"ENKA" şirkəti - prosesin deeskalasiyasına doğru atılmış istənilən addımı alqışlayırıq, ümud edirik, aktivistlər etirazın dinc və qanun çərçivəsində aparılmasına məsuliyyət götürəcəklər
“ENKA” şirkəti Qumatı kəndində baryerlərin götürülməsinə əks səda verir və qeyd edir ki, prosesin deeskalasiyasına doğru atılmış istənilən addımı alqışlayırlar.
“Önəmlidir ki, Rioni Dərəsində, yerində gərginlik ocaqları olmasın və hadisələr dinc şəraitdə həyata keçirilsin”, – şirkətdə bəyan edirlər
Bununla yanaşı şirkətdə ümid edirlər ki, aktivistlər etirazın dinc və qanun çərçivəsində aparılmasına məsuliyyət götürəcəklər və dərədə azad hərəkət hüququnu məhdudlaşdırmayacaqlar.
“Önəmlidir ki, onlar qanunu, fundamental qanunu, o cümlətən mülkiyyət qanununu müdafiə etsinlər”, – şirkətdən Gürcüstanın Birinci Kanalına bəyan etdilər.
İmereti qubernatoru, Zviad Şalamberidzenin bəyan etdiyinə görə, Avropa İttifaqının Energetika Birliyinin çağırışına müvafiq olaraq, Qumatıdə baryerlər artıq aradan götürülüb.
Bununla yanaşı, Şalamberidzenin dediyinə görə, Rioni Dərəsində bir o qədər hüquqmühafizəçi qalacaq nə qədər ki, vəziyyətdən irəli gələcək.
Daxili İşlər Nazirliyinin Sğaltubo munisipalitetinin Qumati kəndi yaxınlığında, təhlükəsizlik məqsədi ilə ucaldılmı.ş barrikadaların sökülməsinə başlanıldı.