"Enguri" SES - Ayrı-ayrı media vasitələri və internet səhifələri guya selin "Enguri" SES-ə zərər vurması ilə bağlı dezinformasiya yayıblar, bu həqiqətə uyğun deyil
"Enguri" SES - Ayrı-ayrı media vasitələri və internet səhifələri guya selin "Enguri" SES-ə zərər vurması ilə bağlı dezinformasiya yayıblar, bu həqiqətə uyğun deyil

 

Ayrı-ayrı media vasitələri və internet səhifələri guya selin “Enguri” SES-ə zərər vurması ilə bağlı dezinformasiya yayıblar. Qeyd olunan məlumat həqiqətə uyğun deyil – bu barədə “Enguri” SES-in bəyanatında deyilir.

“Yüksək ictimai maraqdan irəli gələrək, izah edirik ki, sentyabrın 22-də Sameqrelo və Abxaziyaya yağan güclü yağış və sel “Enguri” SES-ə bitişik ərazinin infrastrukturuna müəyyən dərəcədə zərər vurub. Söhbət elektrik enerjisinin istehsalına, müəssisənin fəaliyyətinə və onun etibarlılığına heç bir təsiri olmayan infrastrukturdan gedir.

Müvafiq olaraq, vurğulayaraq bəyan edirik ki, “Enguri” SES saz vəziyyətdə və etibarlı şəkildə işləyir, müəssisə vahid şəbəkəyə qoşulub və elektrik enerjisinin istehsalı ləngimə olmadan gedir.

Media vasitələrini yalan və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə və ictimaiyyəti çaşdırmamağa səsləyirik” – bəyanatda qeyd olunub.