"Enqadi" şirkətinin əməkdaşları maaşların artırılması və iş şəraitinin yaxşılaşdırlması tələbi ilə aksiya keçirirlər
"Enqadi" şirkətinin əməkdaşları maaşların artırılması və iş şəraitinin yaxşılaşdırlması tələbi ilə aksiya keçirirlər

“Enqadi” distribusiya” şirkətinin əməkdaşlarının tətili davam edir. Etiraz aksiyası iştirakçıları anbar qarşısında toplaşıblar.

Onların tələbləri dəyişməzdir. Onlar maaşların artırılması və iş şəraitinin yaxşılaşdırlmasını tələb edirlər.

“Altıncı gündür, MMC “Enqadinin” əməkdaşları tətil ediblər. Şirkət dialoqa gəlmir. Dünən biz Səhiyyə Nazirliyinə müraciət etdik ki, mediator ayrılsın. Bizim məlumatımızla bu günki gün üçün sənədləşdirmə hazırlanır ki, mediator təyin edilsin. Görək, dövlətin qarışması ilə danışıqlar mümkün olacaq ya yox. Tələblət maaşların artırılması və iş şəraitinin yaxşılaşdırlmasıdır”, – Dəmiryolçuları Həmkarlar İttifaqının yeni sədri, Vitali Giorqadze bəyan etdi.