Enerji bazarında vəziyyət mürəkkəbləşərsə, Britaniyada qışda elektrik enerjisinin vaxtaşırı kəsilməsi mümkündür

14:57, 10.08.2022

Enerji bazarında vəziyyət mürəkkəbləşərsə, krizis planı ilə, Britaniyada qışda elektrik enerjisinin vaxtaşırı kəsilməsi mümkündür.

Qərb mətbuatının məlumatına görə, bu, soyuq havanın yanacaq qıtlığı ilə üst-üstə düşəcəyi təqdirdə baş tutacağı ehtimal edilən ən pis ssenari üçün plandır.

“Blumberqin” yazdığına görə, plana əsasən, qazla işləyən elektrik stansiyalarının təchizatı kəsilə bilər, bu da müəssisələr və evlər üçün elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

“Blumberqin” məlumatına görə, yeni proqnozlar göstərir ki, yaşayış böhranının sürətlə pisləşdiyi bir şəraitdə illik enerji ödənişləri yanvar ayından etibarən 4 200 funt sterlinqi keçə bilər. Böyük Britaniyanın “yüksək təhlükəsiz və müxtəlif qaz və elektrik sistemi” səbəbindən, bu xüsusi vəziyyətin baş verməsi ehtimalı azdır. Halbuki, hökumətdə inkar etmədilər ki, ssenarinin modellədirilməsi baş verdi.

Oxşar