Enerqodar merinin məlumatına görə, Rusiya qüvvələri Enerqodarı səhərdən bombalayırlar

10:35, 01.09.2022

Rusiya qüvvələri Enerqodarı səhərdən bombalayırlar. Xəsarət alanlar var. Bu barədə Ukrayna mediası Enerqodarın meri, Dmitri Orlova istinadən məlumat yayır.

Merin məlumatına görə, çəhərin bombalanması səhər saat beşdən dayanmır. İşğalçılar minaatanlardan istifadə edirlər. Orlovun bəyan etdiyinə görə, bir neçə mülki obyekt rus hərbçilərinin hədəfinə çevrildi. Xəsarət alanlar var.

Xatırladaq ki, bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası Zaporojye atom elektrik stansiyasında işə başlamalıdır.

Oxşar