"ENERGO-PRO Georgia" - Qərbi Gürcüstanda zədələnmiş elektrik şəbəkəsinin bərpası prosesi intensiv şəkildə davam edir
“ENERGO-PRO Georgia”nın texniki xidməti təbii fəlakətə görə zədələnmiş yüksək gərginlikli elektrik ötürücü xətlərin bir hissəsini bərpa edib – bu haqda “ENERGO-PRO Georgia” tərəfindən yayılan məlumatda deyilir.
Onların məlumatına əsasən, İmereti və Raca-Leçxumidə 265 000 abonentdən hazırda 40 000-ə qədər abonentə, Sameqreloda 142 000 abonentdən isə 20 000-ə qədər abonentə elektrik enerjisi məhdudiyyətlərlə verilir.
“Ümumilikdə, təbii fəlakətə görə “ENERGO-PRO Georgia” ASC abonentlərinin təxminən 5%-nə elektrik enerjisi məhdudiyyətlərlə verilir. Fövqəladə rejimdə iş bu dəqiqə də davam edir. Hərəkətin çətinləşməsinə baxmayaraq, şirkətin yerli və müxtəlif bölgələrdən gəlmiş əməliyyat texniki briqadaları intensiv işlərin aparıldığı zərər çəkmiş ərazilər üzrə bölünüblər. Əlverişsiz hava şəraiti Qərbi Gürcüstanın həm yüksək, həm də aşağı gərginlikli şəbəkələrində kifayət qədər çox sayda qəzaya səbəb olub. Bərpa işləri enerji təchizatı tam bərpa olunana qədər davam edəcək” – yayılmış məlumatda deyilir.