"ENERGO-PRO Georgia" - Qərbi Gürcüstanda elektrik enerjisinin verilməsi prosesi başlayıb
“ENERGO-PRO Georgia”nın texniki briqadaları Qərbi Gürcüstanda fövqəladə rejimdə işləməyə davam edirlər. Abonentlərin bir hissəsinə elektrik enerjisinin verilişi bərpa olunub.
Fəlakətin pik vaxtında Quriya miqyasında abonentlərin 28-30%-nin enerji təchizatı məhdudlaşmışdı, hazırda abonentlərin 18-20%-i işıqsız qalıb.
“ENERGO-PRO Georgia”nın məlumatına əsasən, işləmək üçün bütün zəruri materiallar təbii fəlakət zonasına gətirilib və yerli elektriklərlə birgə Şərqi Gürcüstandan gələn əlavə briqadalar işləməyə davam edirlər.
“Həmçinin, Vani, Xaraqauli, Bağdati və Zestaponinin kəndlərinin bir hissəsinə elektrik enerjisinin məhdudiyyətlə verildiyi İmeretidə də bərpa işləri aparılır. Xoni şəhəri elektrik enerjisi ilə tam təmin olunub. Həmçinin, Sameqrelonun abonentlərinin əksəriyyətinə elektrik enerjisi verilir. Hazırda yalnız Zuqdidi və Abaşanın kəndlərinin kiçik bir hissəsi elektrik enerjisi ilə məhdud şəkildə təmin olunub. İşlər burda da fövqəladə rejimdə davam edir. Acaranın abonentlərinin əksəriyyəti də elektrik enerjisi ilə sabit təmin olunur. Kobuleti və Zemo Acaranın yalnız kiçik bir hissəsi işıqsız qalıb. Xulo Munisipaliteti elektrik enerjisi ilə tam təmin olunub. Hərəkət baxımından problem ola bilər, lakin biz hər yerə getməyə və bərpa işləri aparmağa çalışırıq. Daha asan başa düşmək üçün bəzi kəndlərdə çəkisi 400 kq olan elektrik ötürücü xəttinin dayağı qırılmış ola bilər. Yeni dirəklərin quraşdırılması üçün burada xüsusi texnika lazımdır. Belə olan halda işlər daha uzun sürəcək” – “ENERGO-PRO Georgia”da bildirirlər.