"Energo-pro Georgia" - Hazırda Quriya və Kobuletinin kəndlərinin bir hissəsinə elektrik enerjisi məhdudiyyətlə verilir, elektrikçilər fövqəladə rejimdə işləyirlər
“Energo-pro Georgia”nın Kaxeti, Mtsxeta-Mtianeti, Kvemo Kartli, Şida Kartli, Samtsxe-Cavaxeti, İmereti və Sameqrelodan Quriya və Acaraya getmiş əlavə briqadaları bir neçə gündür fövqəladə rejimdə işləyirlər. Bu haqda məlumatı “Energo-pro Georgia” yayır.
Şirkətin məlumatına əsasən, güclü qar yağdığından xüsusi texnika yollarda hərəkət etməkdə çətinlik çəkir və elektrikçilər əksər hallarda qəzalı ərazilərə piyada getmək məcburiyyətində qalırlar, lakin bərpa işlərini vaxtında aparmağa çalışırlar.
“Energo-pro Georgia”nın məlumatına əsasən, hazırda Quriyanın kəndlərinin bir hissəsinə və Kobuleti Munisipalitetinin kəndlərinin bir hissəsinə elektrik enerjisi məhdudiyyətlə verilir. Rayon mərkəzlərinə və həyati əhəmiyyətli obyektlərə elektrik enerjisi stabil olaraq verilir.
Şirkətdə bəyan etdikləri kimi, Gürcüstanın demək olar ki, hər yerindən Quriya və Acaraya getmiş elektrikçilər indi də xüsusi rejimdə işləyirlər və enerji təchizatı tam bərpa olunana qədər davam edəcəklər.