"Energo-pro Georgia" - Elektrik enerjisi məhdudiyyətlərlə Qərbi Gürcüstanın abonentlərinin 8%-nə verilir
"Energo-pro Georgia" - Elektrik enerjisi məhdudiyyətlərlə Qərbi Gürcüstanın abonentlərinin 8%-nə verilir

 
“Energo-pro Georgia”nın məlumatına əsasən, elektrik enerjisi hazırda məhdudiyyətlərlə Qərbi Gürcüstanın abonentlərinin 8%-nə verilir.

Şirkətin məlumatına əsasən, “Energo-pro Georgia” hava şəraitinin pisləşməsindən sonra qısa müddət ərzində demək olar ki, bütün Gürcüstandan əlavə texniki briqadaları Quriya və Acaraya səfərbər edə bilib.

“Elektriklər bu vaxtadək sözügedən yerlərdədirlər, lakin güclü qar yağması səbəbindən yollarda texnikanın hərəkəti çətinləşib. Nəticədə zədənin olduğu yerlərə gedib çıxmaq çətinləşir. Elektrikçilər zədələnmiş enerji infrastrukturuna piyada getmək və bərpa işləri aparmaq məcburiyyətində qalırlar, bəzi hallarda isə piyada getmək də çətinləşib.

Hazırda, elektrik enerjisi məhdudiyyətlərlə Qərbi Gürcüstanın abonentlərinin təxminən 8%-nə verilir. Abonentlərin təxminən 28%-nə (16 000 abonent) elektrik enerjisinin məhdudiyyətlərlə verildiyi Quriyada vəziyyət xüsusilə ağırdır.

Hazırda təbii fəlakət İmeretini, xüsusilə Vani Munisipalitetini də cənginə alıb. “Energo-pro Georgia”nın texniki xidməti burada da xüsusi rejimdə işləyir” – məlumatda qeyd olunub.