“Energo-Pro Georgia” bildirir ki, Telavi şəhərinə elektrik enerjisinin verilişi demək olar ki, tam bərpa olunub. Hazırda elektrik enerjisi yalnız Kavkasioni və Sekhniashvili küçələrində məhdud şəkildə verilir
“Energo-Pro Georgia” şirkətindən bildirilib ki, Telavi şəhərinə elektrik enerjisinin verilişi demək olar ki, tam bərpa olunub.
Şirkətin məlumatına görə, hazırda Telavinin yalnız iki küçəsində — Kavkasioni və Sekhniashvili küçələrində elektrik enerjisi məhdudiyyətlə verilir.
“Energo-Pro Georgia” şirkətinin texniki xidmət əməkdaşlarının operativ fəaliyyəti nəticəsində iyulun 12-də saat 23:00-a olan məlumata görə, elektrik enerjisinin verilişi tam bərpa edilib. Lakin bu gün səhər infrastruktur işləri ilə əlaqədar təhlükəsizlik məqsədilə iki küçədə enerji təchizatı yenidən məhdudlaşdırılıb.
İyulun 12-də səhər saatlarında Telaviyə yağan güclü yağış nəticəsində Telavi çayı yatağından çıxıb və sel axını şəhərin bir neçə küçəsini su altında qoyub. Bundan əlavə, yaşayış evlərinin və binaların birinci mərtəbələri su basıb, elektrik xətləri zədələnib, avtomobillərə ziyan dəyib.
Milli Ətraf Mühit Agentliyi Telavidə baş vermiş təbii fəlakətlə bağlı ilkin qiymətləndirməsini açıqlayıb. Agentliyin məlumatına görə, mütəxəssislər hadisə yerində qalaraq fəlakət zonasının ətraflı araşdırılmasını davam etdirirlər.