Endi Bernem – Reallıq odur ki, qlobal hadisələr xərcləri artırır və ailələr bu təsiri hiss edirlər

13:13, 08.10.2026

 

Böyük Britaniyanın Baş naziri Endi Bernem, əhalini yanacağın qiymətinin narahat etdiyini bildirib. O, yanacaqdoldurma məntəqələrinə gələn vətəndaşların benzinin qiymətinin artmasının səbəbini başa düşə bilmədiklərini qeyd edib.

“Reallıq odur ki, qlobal hadisələr xərcləri artırır və buradakı ailələr öz evlərində bu təsiri hiss edirlər” – Endi Bernem yazır.

Böyük Britaniyanın Baş naziri insanlara kömək etmək üçün heç nə edə bilməyəcəyi fikri ilə barışmayacağını qeyd edib. Bernem vətəndaşları benzinin qiymətlərini “Google Maps”də yoxlamağa çağırıb.

“Bu gündən etibarən siz “Google Maps”də benzin və dizelin qiymətlərini görə bilə, yaxınlıqdakı məntəqələri müqayisə edə və çən doldurmazdan əvvəl ən ucuz variantı tapa bilərsiniz” – Endi Bernem qeyd edib.

Böyük Britaniyanın Baş naziri həmçinin bildirib ki, bu, kiçik bir dəyişiklikdir, lakin bu praktiki üsuldan istifadə etməklə vətəndaşlar daha çox pula qənaət edə biləcəklər.

Oxşar