Endi Bernem – Prezident Zelenskini Kir Starmerin etdiyi kimi yüz faiz dəstəkləyəcəyəm, o, Britaniyanın dəstəyinin qəti və sarsılmaz olduğuna heç bir şübhə etməməlidir

19:44, 20.07.2026

 

Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri ilk telefon danışığını Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampla edəcək. Bu haqda Endi Bernemin özü danışıb.

Bernem, xarici siyasətin onun hökumətinin əsas prioritetlərindən biri olacağını deyib.

Onun izahatına əsasən, Zelenskini şəxsən əmin edəcək ki, Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır.

“Bu gün prezident Zelenskiyə açıq şəkildə deyəcəyəm ki, heç nə dəyişməyib. Kir Starmerin etdiyi kimi, mən onu 100% dəstəkləyəcəyəm. Prezident Zelenskidə Britaniyanın dəstəyinin möhkəm və sarsılmaz olduğuna dair heç bir şübhə qalmamalıdır. Biz onun yanında olacağıq, şəxsən mən də onun yanında olacağam” – Bernem bildirib.

Məlumat üçün bildirək ki, Kir Starmer Britaniyanın Baş naziri postunu bu gün rəsmi olaraq tərk etdi, Endi Bernem Britaniyanın yeni baş naziri oldu.

Oxşar