Emmanuel Makronun administrasiyası: Avqustun 24-də “İstəkli ölkələr koalisiyası”nın keçiriləcək görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsi müzakirə olunacaq

12:16, 22.08.2026

24 avqustda “İstəkli ölkələr koalisiyası”nın görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsi müzakirə olunacaq. Bu barədə Fransa Prezidentinin Administrasiyası məlumat yayıb.
Yelisey sarayının məlumatına görə, görüş hibrid formatda keçiriləcək.

Görüşə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem sədrlik edəcəklər.

Koalisiyanın təxminən 10 iştirakçısı, o cümlədən Avropa Şurasının Prezidenti Antonio Koşta Kiyevdə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə görüşdə iştirak edəcək.

Yelisey sarayının məlumatına görə, görüş simvolik olaraq Ukraynanın müstəqilliyinin 35-ci ildönümündə keçiriləcək və Ukrayna xalqına, eləcə də onun suverenliyi uğrunda mübarizəsinə dəstək göstərmək məqsədi daşıyır.

Yelisey sarayında bildirildiyi kimi, liderlər müharibənin maliyyələşdirilməsi üçün Rusiyanın sərəncamında olan resursların azaldılması istiqamətində koordinasiyanı da davam etdirəcəklər.

Oxşar