Emmanuel Makron Yelisey sarayında Marko Rubio və Stiv Uitkofa ev sahibliyi edib
Fransa Prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa ev sahibliyi edib.
Emmanuel Makron Amerika nümayəndə heyətini qəbul etməzdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.
Stiv Uitkof və Marko Rubionun avropalı həmkarları ilə Yelisey sarayında görüşü artıq başlayıb.