Emmanuel Makron – Yaxın günlərdə Rusiya üzərində beynəlxalq təzyiq artacaq
Yaxın günlərdə Rusiya üzərində beynəlxalq təzyiq artacaq, – bu barədə Fransanın prezidenti Emmanuel Makron bildirib.
Makronun sözlərinə görə, yaxın iki həftə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq üçün həlledici olacaq.
“Yaxın 8-10 gün ərzində biz Rusiyaya təzyiqi artırmağı planlaşdırırıq. Mən ehtiyatlı qalacam, çünki bu tənliyin bir hissəsi Moskvadan asılıdır. Biz birlikdə hərəkət etməliyik,” – Makron Fransız mediasına verdiyi müsahibəsində deyib.
Fransa prezidenti həmçinin qeyd edib ki, Kremlə təzyiqin artırılmasının vacibliyinə Birləşmiş Ştatları inandıra bilib, lakin onun sözlərinə görə, burada Zelenski və Trampın Vatikanda apardıqları söhbətin də böyük rolu olub.
Makronun sözlərinə görə, Ukraynada atəşkəsə indi hər zamankından daha yaxındırlar.