Emmanuel Makron – Yaxın günlərdə prefektlər tərəfindən legitim əsası olmayan şəxslərin istənilən nümayişi və ya toplaşması qadağan ediləcək

17:05, 22.10.2026

 

Fransa Prezidenti Emmanuel Makronun bəyanatına əsasən, yaxın günlərdə prefektlər tərəfindən legitim əsası olmayan şəxslərin istənilən nümayişi və ya toplaşması qadağan ediləcək.

Bu barədə Makron Yelisey sarayında kəşfiyyat xidmətləri ilə görüşdən sonra açıqlayıb.

O, ölkədə sülhü bərpa etmək üçün növbəti günlərdə bəzi nümayişlərin qadağan edilməsi məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Fransa Prezidenti, bu qərarı bizneslərin və ictimai binaların mühafizəsi zərurətindən irəli gələrək qəbul etdiyini deyib.

“Qaydalar sadədir: növbəti günlərdə nümayişlər olmamalıdır” – Emmanuel Makron bildirib.

Fransa Prezidenti həmçinin elan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “nəhəng təzyiq altında olduğu” üçün oktyabrın 23-də əlavə qərarlar qəbul etmək məqsədilə Müdafiə Şurası toplanacaq.

Bununla yanaşı, Makron oktyabrın 17-də mütəşəkkil ultra-solçu qrupların respublikanı devirməyə cəhd etdiklərini deyib.

Oxşar