Emmanuel Makron - Vladimer Putinlə dialoqun bərpası "hazırlıq mərhələsindədir"
Vladimer Putinlə dialoqun bərpası “hazırlıq mərhələsindədir” – bu haqda Fransa Prezidenti Emmanuel Makron deyib.
Fransa Prezidenti bildirib ki, müzakirələr texniki səviyyədə aparılır.
“Avropalıların öz müzakirə kanallarını bərpa etmələri vacibdir” – Emmanuel Makron əlavə edib.
Bununla yanaşı, Makron bildirib ki, Moskva sülh danışıqlarına “həqiqi hazırlıq” göstərmir.