Emmanuel Makron və Ursula fon der Layen apreldə Çinə birlikdə səfər edəcəklər
Emmanuel Makron və Ursula fon der Layen apreldə Çinə birlikdə səfər edəcəklər, – bu barədə Fransa prezidenti Avropa İttifaqı liderlərinin Brüssel görüşündən sonra bəyan etdi.
“Mən prezident Ursula fon der Layenə Çinə səfərimdə məni müşayiət etməyi təklif etdim ki, Pekinə vahid Avropa mövqeyini təqdim edək. Fransanın müstəqil diplomatiyaya sahib olduğu üçün Avropa mandatım yoxdur, lakin mən Avropa koordinasiyasına bağlıyam”, – Makron bəyan etdi.
Fransa prezidentinin dediyinə görə, o, artıq qeyd olunan məsələ ilə bağlı Almaniya kansleri, Olaf Şoltsla söhbət edib.
Makronun sözlərinə görə, Fransa və Almaniyanın vahid yanaşması var ki, bu da Pekinin Rusiyaya təsir göstərə bilməsi üçün Çinlə əməkdaşlığı əhatə edir.
“Biz hər şeyi etməliyik ki, münaqişəni dayandıraq, beynəlxalq normaların müdafiəsi ilə, o cümlədən ərazi suverenliyinin müdafiəsi ilə” – Makran qeyd etdi.