Emmanuel Makron – Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün biz hər şeyi edəcəyik
Rusiya yenidən Ukraynaya yüzlərlə dron və onlarla raketlə zərbə endirib, zərbələr ayrı-seçkilik etmədən, o cümlədən yaşayış massivlərinə və hökumət binasına yönəlib. “Qurbanlara, onların yaxınlarına, Ukraynaya və Ukrayna xalqına səmimi başsağlığımı bildirirəm”, – deyə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Fransa Ukraynanın yanında dayanır.
“Ukrayna ilə və tərəfdaşlarımızla birlikdə biz sülhün tərəfindəyik. Rusiya isə getdikcə müharibə və terror məntiqində daha da qapanır. Ukraynanın yanında biz hər şeyi edəcəyik ki, ədalətli və davamlı sülh bərqərar olsun”, – Makron yazıb.
Qeyd edək ki, Rusiya 7 sentyabrda Ukraynaya raket və dronlarla genişmiqyaslı hava hücumu həyata keçirib. Yerli hakimiyyətin məlumatına görə, partlayışların səsi Kiyevdə, Dneprdə, Odessada, Zaporojyedə, Kremençuqda və Krivoy Roqda eşidilib.