Emmanuel Makron - Ukrayna üzərində bir gecədə 629 raket və dron, bu Rusiyanın sülh ideyasıdır, bu terror və barbarlıqdır
Ukrayna üzərində bir gecədə 629 raket və dron, bu Rusiyanın sülh ideyasıdır, bu terror və barbarlıqdır – bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə yazır.
Makron bildirib ki, Fransa qəddar hücumları pisləyir və Ukrayna xalqına dəstəyini ifadə edir.
“Ukrayna üzərində bir gecədə 629 raket və dron, bu Rusiyanın sülh ideyasıdır. Bu terror və barbarlıqdır. Ondan çox insan, o cümlədən uşaqlar həlak olub. Yaşayış rayonlarını və mülki infrastrukturu qəsdən bombalayıblar. Avropa İttifaqının Nümayəndəliyi və Britaniya Şurasının ofisləri zərər görüb. Fransa bu mənasız və qəddar hücumları ən sərt şəkildə pisləyir. Ukrayna xalqına tam dəstək və bütün yas içində olan ailələrə dərin şəfqət” – Emmanuel Makron yazır.
Məlumat üçün bildirək ki, ötən gecə Rusiyanın Kiyevə hücumu nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər həlak olub. Ən azı 48 nəfər yaralanıb.