Emmanuel Makron - Ukrayna üçün onun suverenliyini qoruyub saxlayacaq və uzunmüddətli təhlükəsizliyini təmin edəcək ləyaqətli, dayanıqlı sülhü dəstəkləmək üçün birləşmişik
Aydındır ki, həlledici məqamdayıq. Danışıqlar yeni impuls qazanır və biz bu impulsdan istifadə etməliyik – bu haqda Fransa Prezidenti Emmanuel Makron “İstəklilər Koalisiyası”nın görüşündə deyib.
Fransa Prezidenti, nəhayət sülhə doğru real irəliləyişə nail olmaq şansının olduğunu bildirib. Makron iddia edir ki, “yaxşı sülh” üçün mütləq şərt kağız üzərində zəmanətlər deyil, çox möhkəm təhlükəsizlik zəmanətləri birliyidir.
“Ukrayna Rusiyanın təcavüzünün pozduğu öz payına düşən vədləri alıb və real, möhkəm zəmanətlər vacibdir. Noyabrın 23-də Cenevrə görüşlərinin Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında açıq və konstruktiv müzakirə üçün imkan yaratmasını və hər iki tərəfin bunu irəliyə doğru atılmış vacib addım hesab etməsini təqdir etmək istərdim. Biz hər zaman Amerikanın bu müharibənin bitməsi üçün səylərini dəstəkləmişik. Ukrayna üçün onun suverenliyini qoruyub saxlayacaq və uzunmüddətli təhlükəsizliyini təmin edəcək ədalətli, ləyaqətli və dayanıqlı sülhü dəstəkləmək üçün birləşmişik. Bizi bu yolda daha da irəli aparacaq istənilən addım təqdir olunasıdır” – Emmanuel Makron bildirib.