Emmanuel Makron Ukrayna məsələsini müzakirə etmək üçün Viktor Orbanı Parisə dəvət edib
Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsini müzakirə etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanı Parisə dəvət edib. Fransa mediasının məlumatına əsasən, iki ölkənin lideri arasında görüş martın 5-də keçiriləcək.
Makron və Orban Kiyevə dəstək və Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsinə həsr olunmuş Avropa Şurasının görüşündən bir gün əvvəl danışıqlar aparacaqlar.
Fransa mediasının məlumatına əsasən, Orban Ukraynaya dəstəyin artırılmasındansa, Avropa İttifaqının ümumi təhlükəsizliyinə dair razılaşma əldə etmək üçün daha çox şans görür.