Emmanuel Makron – Ukrayna əgər müttəfiq qüvvələrin öz ərazisində olmasını tələb edirsə, bununla razılaşıb-razılaşmamaq haqda qərar vermək Rusiyadan asılı deyil

10:20, 17.03.2025

 
Fransa Prezidenti Emmanuel Makron bildirir ki, Ukraynada atəşkəsi təmin etmək üçün xarici qoşunların yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı Rusiyanın qərar vermək hüququ olmayacaq.

“Ukrayna əgər müttəfiq qüvvələrin öz ərazisində olmasını tələb edirsə, bununla razılaşıb-razılaşmamaq haqda qərar vermək Rusiyadan asılı deyil” – Makron bildirib.

Həmçinin, Fransa Prezidenti qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanəti təklif edən Fransa, Böyük Britaniya və digər ölkələr istənilən mümkün atəşkəsdən sonra əsas məntəqələrə bir neçə min əsgər göndərə bilər.

Medianın yazdığı kimi, Makron sülhməramlı qüvvələrin hər ölkədən bir neçə min əsgərdən ibarət olmasını nəzərdə tutur. Həmçinin, o, qeyd edib ki, təkcə Avropa ölkələri deyil, digər ölkələr də əsgər göndərmək istəklərini ifadə ediblər.

“Ukraynalılar heç bir halda nəsə təhlükəsizlik zəmanəti olmadan ərazi güzəştlərinə gedə bilməzlər” – Fransa Prezidenti bildirib.

Oxşar