Emmanuel Makron Təhlükəsizlik Şurasının iclasını keçirir və 17 oktyabr etiraz aksiyalarının miqyasının yanlış proqnozlaşdırılmasına görə izahat tələb edir
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Təhlükəsizlik Şurasının iclasını keçirir.
Fransa mediasının məlumatına əsasən, Makron bütün kəşfiyyat xidmətlərini çağırıb və 17 oktyabr etiraz aksiyalarının miqyasının yanlış proqnozlaşdırılmasına görə onlardan izahat tələb edib.
Bununla yanaşı, görüş zamanı Fransanın daxili işlər naziri Loran Nunies kütləvi etiraz aksiyalarının bərpası ərəfəsində təhlükəsizlik planını təqdim edəcək. Oktyabrın 24-dən aksiyalarının bərpası gözlənilir.
Bundan başqa, medianın məlumatına əsasən, baş nazir Sebastian Lekornu bu gün siyasi partiyaların liderləri ilə görüşməyi də planlaşdırır.
İfrat-sol və ifrat-sağ qüvvələrin nümayəndələri artıq görüşdə iştirak etməyəcəklərini bəyan ediblər.