Fransa Prezidenti Emmanuel Makron Suriya Prezidenti Ahmed al-Şaraa ilə görüşüb.
Liderlərin görüşü Yelisey sarayında keçirilib.
Ahmed al-Şaraa bu gün Fransa paytaxtına səfər edib. Fransa mediasının məlumatına əsasən, Ahmed al-Şaraadan başqa, Suriyanın xarici işlər naziri Asaad al-Şaibani və fövqəladə halların idarəedilməsi naziri Raed al-Saleh nümayəndə heyətinin üzvləridirlər.
Qeyd etmək lazımdır ki, Ahmed al-Şaraa Fransa Prezidenti Emmanuel Makrondan dəvəti fevral ayında alıb. Makron Suriyanın yeni prezidenti ilə danışan ilk avropalı lider olub.