Emmanuel Makron Skripalinin skandalına baxmayaraq, mayda Rusiyaya gedəcək
Fransa prezidenti Emmanuel Makronun may ayında Rusiyaya səfərinin hazırlıq işləri davam edir.
Qeyd olunan məlumatı Fransanın Avropa məsələləri və xarici işlər naziri Jan-İv Le Drian təsdiq edib.
Fransa, Skripalinin zəhərlənməsinə görə ölkədən rus diplomatlarını qovan ölkələrdən biridir.
Jan-İv Le Drianın bəyanatına görə, həftənin sonuna kimi ölkəni 4 diplomat tərk edəcək.