Emmanuel Makron – səfərim Ukrayna üçün mümkün qədər faydalı olmalıdır, mən Ukraynaya konkret təkliflər və qərarlarla səfər edəcəm
Fransa prezidenti Emmanuel Makron konkret qərarlarla Ukraynaya səfər edəcəyini açıqlayıb.
Makron Ukrayna mətbuatına verdiyi müsahibəsində, səfərinin “konkret təkliflər və konkret qərarlar”ı hazır olduqda baş tutacağını qeyd edib.
“Sizə tam səmimi deyirəm – mütləq gələcəm, mənim qayda-qanunum var, səfərim Ukrayna üçün mümkün qədər faydalı olmalıdır. Mən Ukraynaya konkret təkliflərlə, konkret qərarlarla gələcəm”, – deyə Makron bildirib.
Fransa prezidentinin sözlərinə görə, onun səfəri “güclü mesajın və əməkdaşlığın yeni istiqamətlərinin” əlaməti olacaq.
Bazar ertəsi Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun yaxın həftələrdə Ukraynaya səfər edəcəyini açıqlayıb. Səfərin konkret tarixi hələlik məlum deyil.