Emmanuel Makron, Rusiyanın İsrail-İran münaqişəsində vasitəçi ola bilməyəcəyini bildirir

11:54, 16.06.2025

 

Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın İsrail-İran münaqişəsində vasitəçi ola bilməyəcəyini bildirir. Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı bu fikri deyib. Məlumatı “Reuters” yayır.

“İndi yüksək intensivlikli münaqişəyə qoşulan və bir neçə ildir BMT-nin Nizamnaməsinə əməl etməmək barədə qərar qəbul edən Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram” – Makron bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimer Putinin İsrail-İran münaqişəsində vasitəçi ola biləcəyi fikrini dilə gətirmişdi.

Oxşar