Emmanuel Makron – Rusiya Ukraynada məğlub olmalıdır, lakin bəzilərinin istədiyi kimi məhv olmamalıdır
Rusiya Ukraynada məğlub olmalıdır, lakin bəzilərinin istədiyi kimi məhv olmamalıdır, – bu barədə Fransa prezidenti, Emmanuel Makron Fransa mediasımna müsahibəsində bəyan etdi.
Makron Qərb ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağırdı və uzun sürən müharibəyə hazır olduğunu bildirdi.
Eyni zamanda Fransa prezidenti bəyan etdi ki, Ukraynanın müttəfiqlərinin dəstəyi ilə hərbi səyləri Rusiyanı yenidən masa arxasına qaytarmaq və davamlı sülhün bərqərar olması üçün yeganə yoldur.
Makron Rusiyada rejim dəyişikliyi perspektivini də rədd etdi və bütün dünyada oxşar cəhdləri tam uğursuzluq adlandırdı.
“Mən istəyirəm ki, Rusiya Ukraynada məğlub olsun və istəyirəm ki, Ukrayna öz mövqeyini müdafiə edə bilsin. Bəzisi kimi düşünmürəm ki, Rusiyanın total uduzmağını məqsədimizə qoyaq, Rusiyanın torpağına hücum edək. Bu insanlar, hər şeydən öncə, Rusiyanın məhv edilməsini istəyirlər. Bu Fransanın mövqeyi heç zaman olmayıb və olmayacaq”, – Makron bəyan etdi.