Emmanuel Makron - Rusiya tərəfindən yeni təxribat olarsa, quru və ya hava məkanı pozularsa, Şimali Atlantika Alyansı cavab verəcək
Emmanuel Makron - Rusiya tərəfindən yeni təxribat olarsa, quru və ya hava məkanı pozularsa, Şimali Atlantika Alyansı cavab verəcək

 

Rusiya tərəfindən yeni təxribat olarsa, quru və ya hava məkanı pozularsa, Şimali Atlantika Alyansı cavab verəcək – bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

Fransa Prezidenti bildirib ki, alyansa üzv ölkələr zəif görünməməlidirlər.

“NATO Rusiyaya əvvəllər də etdiyimiz kimi mütənasib şəkildə cavab verəcək. Fransa Polşaya hava patrulu üçün “Rafale” tipli qırıcı təyyarələr göndərib. Ruslar sərhədlərimizi yoxlayırlar. Onlar sərhədlərimizi pozduqları zaman kollektiv cavabımız proporsional olub. Əgər yeni bir təxribat olarsa, quru və ya hava məkanı pozularsa, Alyans cavab verəcək. ABŞ NATO müqaviləsinin əsas hissəsidir və 5-ci maddənin qüvvəsi ilə prinsipial həmrəylik var. Rusiyanın son məqsədi nədir?
Sərhədlərin yoxlanılması ilə deyir ki, öz müdafiənizin qayğısına qalsanız yaxşı olar. Biz göstərməliyik ki, Ukraynanı müdafiə edə bilərik və tez hərəkət edəcəyik. Göstərməliyik ki, imkanlarımız var. Biz imkan verə bilmərik ki, Polşa, Estoniya və Rumıniya zəif mövqedə olsun, çünki ondan sonra Almaniya gəlir, daha sonra isə biz. Məhz buna görə birlikdə olmalıyıq” – Emmanuel Makron qeyd edib.