Emmanuel Makron - Rusiya son kolonial imperiya qüvvələrindən biridir
Rusiya son kolonial imperiya qüvvələrindən biridir, – bu barədə Fransa prezidenti, Emmanuel Makron bəyan etdi.
Makron Rusiyanın Ukraynaya təcavüzünü bir daha pislədi və bunu XIX əsrdə Afrika qitəsinə edilən hücumlarla müqayisə etdi. Onun sözlərinə görə, bu, Avropadan yoxa çıxdığı düşünülən ərazi müharibəsidir.
“Rusiya Ukraynaya hücum həyata keçirdi. Bu, Avropa torpağından yoxa çıxdığı düşünülən ərazi müharibəsidir. Bu, 20-ci əsrin əvvəlləri, hətta 19-cu əsrin müharibəsidir. Mən kolonial imperializmindən zərər görən bir qitədən danışıram. Rusiya son kolonial imperiya qüvvələrindən biridir, hansı da öz maraqlarını qorumaq üçün qonşu ölkələrə soxulmağa qərar verdi”, – Fransa prezidenti qeyd etdi.