Emmanuel Makron Qəzzadakı müharibəyə görə İsraillə bağlı qərarı yaxın günlərdə verəcəyini bildirir
Fransa Prezidenti Emmanuel Makron Qəzzadakı müharibəyə görə İsraillə bağlı qərarı yaxın günlərdə verəcəyini bildirir. Bu barədə məlumatı İsrail mediası yayır.
Medianın məlumatına əsasən, Fransanın İsrailə münasibətdə mövqeyinin sərtləşdirilməsindən söz gedir.
Həmçinin, Makron Fransanın iyunun 17-20-də Səudiyyə Ərəbistanı ilə həmsədrlik edəcəyi BMT-nin konfransında Fələstin dövlətini tanıya bilər.