Emmanuel Makron Qəzzada hərbi əməliyyatı gücləndirmək haqda İsrailin planlarını tənqid edir və fəlakət adlandırır
Emmanuel Makron Qəzzada hərbi əməliyyatı gücləndirmək haqda İsrailin planlarını tənqid edir və fəlakət adlandırır

 

Fransa Prezidenti Emmanuel Makron Qəzzada hərbi əməliyyatı gücləndirmək haqda İsrailin planlarını tənqid edib və fəlakət adlandırıb.

“Bu strategiyanın əsas qurbanı yenə də israilli girovlar və Qəzza əhalisi olacaq. Bu müharibə daimi atəşkəslə elə indi başa çatmalıdır” – Emmanuel Makron qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin bitməsi üçün beş şərt irəli sürmüşdü: “HƏMAS”ın tərksilah edilməsi, bütün girovların azad edilməsi, Qəzza sektorunun demilitarizasiyası, təhlükəsizlik üzərində İsrailin ümumi nəzarəti və məqsədi İsraillə sülhə nail olmaq olan İsraildən kənar mülki administrasiyanın yaradılması. O bildirib ki, Vaşinqtonla koordinasiya ilə İsrail Qəzzada humanitar yardımın artırılması üzərində çalışır.