Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı – nəyisə istisna etmirsinizsə, bu, onu edəcəyiniz demək deyil
Fransa prezidenti Emmanuel Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi ilə bağlı bəyanatına münasibət bildirib. O, bu barədə Fransa mediasına müsahibəsində bildirib.
Jurnalistin Qərb qoşunlarının Ukraynaya daxil olmasını istisna etməməsi ilə bağlı ünvanladığı sualına Makron “nəyisə istisna etmirsinizsə, bu, onu edəcəyiniz demək deyil” deyə cavab verib.
“Bu gün sülhə nail olmağın yeganə yolu təcavüzkarı dayandırmaqdır. Hücum edən şəxs silahını yerə qoymağa razı olmalıdır” -deyə Makron bildirib.
Məlumat üçün bildirək ki, Emmanuel Makron Parisdə keçirilən konfransda liderlərin Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanlarını müzakirə etdiklərini, lakin bu mövzuda konsensus əldə edəbilmədiklərini bildirib. Daha sonra Fransa prezidenti onun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı verdiyi bəyanatların yaxşı ölçüb-biçilmiş və düşünülmüş olduğunu bildirib. Bununla yanaşı, dünən Yelisey sarayında Emmanuel Makronla görüşdən sonra Fransa kommunist və ifrat sağçı partiyalarının liderləri prezidentin Ukraynaya dəstək üçün “qırmızı xətlər”in yaradılmasının əleyhinə olduğunu bildiriblər.