Emmanuel Makron Putinin Ukrayna ilə birbaşa danışıqların aparılması təklifini “yetərsiz” adlandırdı
Fransa prezidenti Emmanuel Makron Moskvayla Kiyev arasında birbaşa danışıqların bərpası barədə Putinin təklifini “ilk addım, amma yetərsiz” adlandırıb.
“Şərtsiz atəşkəsdən əvvəl danışıqlar olmamalıdır. Putin çıxış yolu axtarır, amma sadəcə vaxt udmaq istəyir,” – deyə o, jurnalistlərə Polşanın Pşemışl şəhərində, Kiyevdən Fransaya qayıdarkən bildirib.
Qeyd edək ki, 10 may tarixində Emmanuel Makron Ukraynanın paytaxtında keçirilən “Arzulular Koalisiyası” sammitində iştirak edib. Burada Avropa liderləri Ukrayna prezidenti ilə birlikdə Moskvadan 12 maydan etibarən 30 günlük şərtsiz və tam atəşkəsə razılıq verməsini tələb ediblər.