Emmanuel Makron - Putinə qarşı cəllad sözündən istifadə etməzdim
Emmanuel Makron - Putinə qarşı cəllad sözündən istifadə etməzdim

Mən Putinə qarşı cəllad sözündən istifadə etməzdim, – bu barədə Fransa prezidenti, Emmanuel Makron yerli media ilə müsahibəsi zamanı bəyan etdi.

Onun dediyinə görə, əgər qərb vəziyyəti diplomatiya yolu ilə sakitləşdirmək istəyirsə, sözlə eskalasiya onun üçün qəbuledilməzdir.

“Mən bu sözü demədim. İlk növbədə atəşi kəsmək və sonra Rusiya əsgərlərinin Ukraynadan diplomatik yolla tamamilə çıxarılması lazımdır. Əgər bunu etmək istəyiriksə, onda sözdən və hərəkətlərdən eskalasiya olmaz”, – Makron bəyan etdi.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Polşada səfərdə olarkən Vladimir Putini cəllad adlandırdı.