Emmanuel Makron pensiya yaşının 62-dən 64-ə artırılmasını nəzərdə tutan pensiya qanununu imzaladı
Fransa prezidenti, Emmanuel Makron pensiya yaşının 62-dən 64-ə artırılmasını nəzərdə tutan pensiya qanununu imzaladı.
Bir neçə saat əvvəl Fransa Konstitusiya Şurası tərəfindən dəstəkləndikdən sonra prezident qanunu öz imzası ilə təsdiqlədi.
Əmək naziri, Oliver Diuso bəyan edir ki, onun gözləntilərinə görə, islahat sentyabr ayından işə düşəcək.
Konstitusiya Şurası müxalifətin mübahisəli islahatla bağlı referendum keçirmək tələbini rədd etdi, lakin, bunula yanaşı, islahatın bəzi aspektlərini qəbuledilməz hesab etdi, buna da səbəb hüquqi qüsurlar adlandırıldı.
Emmanuel Makron Parlamentdən yan keçərək mübahisəli pensiya islahatını mart ayında təsdiqlədi. Fransa şəhərlərində pensiya sistemindəki dəyişikliklərə qarşı etirazlar və ümumi tətillər yanvardan keçirilir. Emmanuel Makronun mövqeyinə görə, islahat pensiya sisteminin dağılmasının qarşısını almaq üçün vacibdir.