Emmanuel Makron nüvə silahını avropalı müttəfiqlərin ərazisində yerləşdirmək imkanını nəzərdən keçirir

14:02, 03.03.2025

 
Fransa Prezidenti Emmanuel Makron nüvə silahını avropalı müttəfiqlərin ərazisində yerləşdirmək imkanını nəzərdən keçirir. Bu haqda Emmanuel Makron “Le Figaro”ya danışıb.

Makron nüvə silahından çəkindirmə mövzusunda avropalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

O bildirib ki, Fransa Avropada nüvə silahı yerləşdirən Amerika Birləşmiş Ştatlarını əvəz etmək üçün tərəfdaş ölkələrin silahlı qüvvələri ilə koordinasiya əsasında onların ərazisində öz nüvə silahlarını yerləşdirməyə razı olacaq.

“Bizimlə dialoqu dərinləşdirmək istəyənlər lazım gələrsə, çəkindirmə təlimlərində iştirak edəcəklər. Bu mübadilə avropalılar arasında əsl strateji mədəniyyətin inkişafına töhfə verəcək” – Makron bildirib.

Onun bəyanatına əsasən, Fransanın nüvə doktrinası dəyişmir.

Oxşar