Emmanuel Makron nüvə silahı ilə təchiz olunmuş təyyarələrin Avropa İttifaqı ölkələrinə yerləşdirilməsi imkanını müzakirə etməyə hazır olduğunu bildirir
Fransa Prezidenti Emmanuel Makron nüvə silahı ilə təchiz olunmuş təyyarələrin Avropa İttifaqı ölkələrinə yerləşdirilməsi imkanını müzakirə etməyə hazırdır. O, bu barədə “TF1” telekanalının efirində bildirib.
“Biz bu müzakirələrə başlamağa hazırıq” – Makron deyib.
Fransa lideri qeyd edib ki, ABŞ bu yolla Avropa ərazisində “nüvə çətiri”nı artıq açıb.
Eyni zamanda, Makron bildirib ki, Fransa təmənnasız və ya öz hesabına Avropa İttifaqının digər ölkələrində nüvə silahı ilə təchiz olunmuş təyyarələri yerləşdirməyi planlaşdırmır, eləcə də Fransanın özünün müdafiəsi üçün ehtiyac duyduğu silahları ölkə xaricinə çıxarmayacaq.
“Fransa başqalarının təhlükəsizliyi üçün ödəməyəcək” – Makron bildirib.
Məlumat üçün bildirək ki, mayın 7-də Almaniyanın yeni kansleri Fridrix Merts Makronla görüşü zamanı avropalı müttəfiqlər ilə nüvə çəkindirmə məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.